»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Erməni silahlıları atəşkəsi 35 dəfə pozub  •   Silahlı Qüvvələrimiz irimiqyaslı təlimlər başladı  •   İrimiqyaslı təlimlərin birinci mərhələsi başladı – Foto/Video  •   Kəlbəcərin ən son görüntüləri yayıldı - Foto  •   Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub  •   Girovluqda olan soydaşımızdan məktub: “Dilqəmi başqa yerə aparıblar, səhhəti ağırdır”  •   Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi barədə məlumat yayıb  •   Ermənilər sərhəddə təxribat törətdi  •   Zəngilanın işğalından 23 il ötür  •   Cəbhədə atəşkəs pozuldu  •   Kəlbəcərli girovlar haqqında film çəkildi - Video  •   Cəbhədən son xəbər  •   Füzuli və Cəbrayılsız 23 il  •   Cəbhədən ən son xəbər  •   BBC Kəlbəcərdən reportaj hazırladı - Fotolar  •   Düşmən atəşkəsi 13 dəfə pozub  •   Millət vəkili Cavid Qurbanov Kəlbəcərlilərin problemlərini daim diqqətdə saxlayır - Fotolar  •   Erməni silahlı bölmələri atəşkəsi pozub  •   Düşmən atəşkəsi 17 dəfə pozub  •   Ermənilər Qubadlıda yeni yaşayış massivi istifadəyə verdi - Foto  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Qarabağda iki erməni hərbçi öldü
08 Nisan 2016 Cuma 11:00
12
14
16
18

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində daha iki erməni hərbçi ölüb.

 

Qarabagxeber.com-un məlumatına görə, bu xəbəri erməni mətbuatı özü yayıb.

 

Məlumata görə, onlardan biri 20 yaşlı əsgər olub. Qevork Aşotoviç Mqdesyan odlu silah yarasından ölüb.

 

İkinci hərbçi isə muzdlu - 32 yaşlı Qraç Salveloviç Muradyan olub. Erməni mətbuatı təmas xəttində yaralananların da olduğunu yazıb.

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

 

Təmas xəttində gərginlik aprel ayının 2-də başlayıb. Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də  növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.

 

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

 

Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib. Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

 

Buna baxmayaraq ermənilər itkilərini gizlətməyə cəhd edirlər. Gərginliyin ilk günü erməni tərəfi 18 ölünün olduğunu desə də sonrakı günlərdə ziddiyyətli rəqəmlər səslənib və bu say 50-yə kimi yüksəlib. Ermənilər ciddi cəhdlə itkilərinin sayını gizlətməyə çalışsa da bu mümkün olmur.

 

Hətta erməni əsgərlərin yayılan səs yazıları belə itkilərin nə qədər çox olduğunun bariz nümunəsidir.

Oxunub : 1282
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.