»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Erməni silahlıları atəşkəsi 35 dəfə pozub  •   Silahlı Qüvvələrimiz irimiqyaslı təlimlər başladı  •   İrimiqyaslı təlimlərin birinci mərhələsi başladı – Foto/Video  •   Kəlbəcərin ən son görüntüləri yayıldı - Foto  •   Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub  •   Girovluqda olan soydaşımızdan məktub: “Dilqəmi başqa yerə aparıblar, səhhəti ağırdır”  •   Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi barədə məlumat yayıb  •   Ermənilər sərhəddə təxribat törətdi  •   Zəngilanın işğalından 23 il ötür  •   Cəbhədə atəşkəs pozuldu  •   Kəlbəcərli girovlar haqqında film çəkildi - Video  •   Cəbhədən son xəbər  •   Füzuli və Cəbrayılsız 23 il  •   Cəbhədən ən son xəbər  •   BBC Kəlbəcərdən reportaj hazırladı - Fotolar  •   Düşmən atəşkəsi 13 dəfə pozub  •   Millət vəkili Cavid Qurbanov Kəlbəcərlilərin problemlərini daim diqqətdə saxlayır - Fotolar  •   Erməni silahlı bölmələri atəşkəsi pozub  •   Düşmən atəşkəsi 17 dəfə pozub  •   Ermənilər Qubadlıda yeni yaşayış massivi istifadəyə verdi - Foto  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Füzulidə külə dönən erməni tankı vurulmazdan əvvəl - Video
09 Nisan 2016 Cumartesi 13:00
12
14
16
18

Xəbər verildiyi kimi təmas xəttinin Füzuli istiqamətində gedən döyüşlərdə Azərbaycan silahlı qüvvələrinin bölmələri düşmənin bir neçə tankını və avtomobil texnikasını məhv edib.

 

Bu zərbələrdən birinin nəticələri barədə rusiyalı jurnalistin çəkdiyi kadrları ötən gün oxuculara təqdim etmişdik. Kadrlardan görünürdü ki, ermənilərin T-72 tankı Azərbaycan silahlı qüvvələrinin tank əleyhinə raket kompleksinin zərbəsi ilə tamamilə darmadağın olub, tankdan demək olar ki, əsər-əlamət qalmayıb.

 

Həmin görüntülər yayılandan sonra sosial şəbəkələrdə daha bir maraqlı görüntülər yayıldı. Bu dəfə söhbət erməni tankının vurulmazdan az əvvəl çəkilmiş görüntülərindən gedir. Təxminən 40 saniyəlik videokadrlardan görünür ki, iki erməni zabit tank ekipajına Azərbaycan ordusunun mövqelərini atəşə tutmaq üçün təlimat verir. Tank  təpənin üstündəki mövqeyə qalxır, mövqelərimizə atəş açır və dərhal geriyə hərəkət edərək cavab zərbəsinə tuş gəlməmək üçün həmin mövqedən uzaqlaşır. Ancaq belə görünür ki, tankın və ekipajının ömrünə az qalıb. Azərbaycan ordusunun sərrast  zərbəsindən sonra düşmən tankından və heyət üzvlərindən geriyə heç nə qalmır...

 

Bildirilir ki, tank İsrail istehsalı olan "Spike” tank əleyhinə raket kompleksi ilə vurulub. Bu kompleksin Qarabağdakı 4 günlük müharibədə tətbiq olunduğuna dair bundan əvvəl də sosial şəbəkələrdə məlumatlar yayılıb. Həmin məlumatlara görə Azərbaycan ordusu Talış kəndi istiqamətində "Spike” kompleksləri ilə 6 erməni tankını məhv edib.  İstiliyə həssas başlıqla təchiz edilmiş və hədəfə özü istiqamətlənən bu tank əleyhinə raket kompleksləri 8 kilometrə qədər məsafədə zirehli texnikanı,  mühəndis qurğularını və digər texnikanı sıradan çıxarmağa imkan verir.  Bir ədəd belə raketin qiyməti 135 min dollardır.

Oxunub : 1276
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.