»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Erməni silahlıları atəşkəsi 35 dəfə pozub  •   Silahlı Qüvvələrimiz irimiqyaslı təlimlər başladı  •   İrimiqyaslı təlimlərin birinci mərhələsi başladı – Foto/Video  •   Kəlbəcərin ən son görüntüləri yayıldı - Foto  •   Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub  •   Girovluqda olan soydaşımızdan məktub: “Dilqəmi başqa yerə aparıblar, səhhəti ağırdır”  •   Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi barədə məlumat yayıb  •   Ermənilər sərhəddə təxribat törətdi  •   Zəngilanın işğalından 23 il ötür  •   Cəbhədə atəşkəs pozuldu  •   Kəlbəcərli girovlar haqqında film çəkildi - Video  •   Cəbhədən son xəbər  •   Füzuli və Cəbrayılsız 23 il  •   Cəbhədən ən son xəbər  •   BBC Kəlbəcərdən reportaj hazırladı - Fotolar  •   Düşmən atəşkəsi 13 dəfə pozub  •   Millət vəkili Cavid Qurbanov Kəlbəcərlilərin problemlərini daim diqqətdə saxlayır - Fotolar  •   Erməni silahlı bölmələri atəşkəsi pozub  •   Düşmən atəşkəsi 17 dəfə pozub  •   Ermənilər Qubadlıda yeni yaşayış massivi istifadəyə verdi - Foto  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
YAZARLAR Arzu Hüseyn
12
14
16
18
30/10/2014 20:43
On İl Sonra

Arzu Hüseyn yazır…

                                                                                           

Sən bu qızı tanımadın deyəsən,

Onu kədər dəyişibmi görəsən?

Sən gedəndə qapısını çırpmısan,

Çətin bir də ürəyinə girəsən.

Rəssam kimi kədərini gözünə

,Göz yaşını yanağına çəkmisən,

Cəlad kimi bir payızda öldürüb

,Ölüsünü “vağzalı”-ya bükmüsən.

Ağr-ağır illər ötər aramla,

Daraqlayar saçlarını küləklər,

Bir gün qızın gələr sənin dünyaya,

Bir gün oğlun "ata" deyər, iməklər.

Sən qatarsan uşaqlarla başını,

Ürəyini ovutduqca nağılla,

Eh, kimə nə, öz cibinə girirsən,

Xoşbəxtliyi öz –özündən oğurla.

Can dediyin haradasa can verər,

Boş yatağı ayrılıqlar adası,

Can deyərsən qucaqlayıb yada sən,

Təzə bardaq sərin olur qadası

Sonra bir gün , bir küçədə görərsən,

Unutmağa çalışarkən bir təhər,

Bu qız axı belə gözəl deyildi

,Onu atıb , mən gedəndə o səhər.

Bəlkə mənəim həsrətimdir nur olub?

Çilənibdir, çiçək-çiçək üstünə,

Bu gözlərə cox baxmışam o zaman,

Heç vaxt belə durmamışdı qəsdimə.

Sən susarsan, o da susb dayanar,

Dodağında kilid olar həsrəti,

Küçə yanar, döngə yanar, tin yanar,

Nəsə demək istəyərsən xəlvəti.

qız gedər arxanca dartınar,

Tuta- tuta dikələrsən izindən,

Kölgən düşər divarlarda utanar,

Kölgən böyük göründükcə özündən

Elə bil ki, belin sınar orada,

Oturarsan bir divarın dibində,

Telefonun səsi gələr arad,

Düşünərsən: "Gözləyən var evimdə"

Bu qız kimdir , sevdiyin qız deyilsə?

O tindəcə ilk eşqini bitirdin.

Bu qız axı qadınıdır kiminsə,

Heyif, bu gün sevdiyini itirdin.

Önceki Yazılar :
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.