»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Erməni silahlıları atəşkəsi 35 dəfə pozub  •   Silahlı Qüvvələrimiz irimiqyaslı təlimlər başladı  •   İrimiqyaslı təlimlərin birinci mərhələsi başladı – Foto/Video  •   Kəlbəcərin ən son görüntüləri yayıldı - Foto  •   Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub  •   Girovluqda olan soydaşımızdan məktub: “Dilqəmi başqa yerə aparıblar, səhhəti ağırdır”  •   Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi barədə məlumat yayıb  •   Ermənilər sərhəddə təxribat törətdi  •   Zəngilanın işğalından 23 il ötür  •   Cəbhədə atəşkəs pozuldu  •   Kəlbəcərli girovlar haqqında film çəkildi - Video  •   Cəbhədən son xəbər  •   Füzuli və Cəbrayılsız 23 il  •   Cəbhədən ən son xəbər  •   BBC Kəlbəcərdən reportaj hazırladı - Fotolar  •   Düşmən atəşkəsi 13 dəfə pozub  •   Millət vəkili Cavid Qurbanov Kəlbəcərlilərin problemlərini daim diqqətdə saxlayır - Fotolar  •   Erməni silahlı bölmələri atəşkəsi pozub  •   Düşmən atəşkəsi 17 dəfə pozub  •   Ermənilər Qubadlıda yeni yaşayış massivi istifadəyə verdi - Foto  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Ağdam, Tərtər və Goranboyun son durumu haqqında - İcra başçıları
09 Nisan 2016 Cumartesi 11:00
12
14
16
18

Hazırda təmas xəttinə yaxın rayonlarda - Ağdam, Tərtər və Goranboyda vəziyyət nisbi sakitdir.

 

Qarabagxeber.com xəbər verir ki, bu barədə məlumat verən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, düşmənin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda qismən dağıdılan evlərin təmir-bərpa işlərinə başlanılıb:

 

“Tam yanmış 5 ev var ki, bu evlərin bünövrədən tam bərpa edilməsi üçün hazırlıq işlərinə başlanılıb”.

 

Qeyd edək ki, Ağdamda hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:

 

- tam yandırılan evlərin sayı - 5

 

- tam dağıdılan evlərin sayı - 30

 

- atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37

 

Bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəsi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da dünən axşam saatlarından etibarən ara-sıra atəş səslərinin eşidildiyini, ümumən vəziyyətin nisbi sakit olduğunu bildirib.

 

Qeyd edək ki, M.Məmmədovun sözlərinə görə, Tərtərdə ermənilərin təxribatı nəticəsində 162 evə ziyan dəyib. Həmin evlərdən 22-si tamamilə dağıdılıb, 140 ev isə qismən dağılıb.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də rayonda vəziyətin ara-sıra atəşkəs rejiminin pozulması halını çıxmaq şərtilə nisbi sakit olduğunu bildirib.

 

Qeyd edək ki, N.Quliyevin sözlərinə görə, aprelin 2-dən 5-dək ermənilərin cəbhə boyu kəndləri atəşə tutması nəticəsində Tapqaraqoyunlu kəndində 50 ev ziyan çəkib.

Oxunub : 1184
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.